Hacıqabulda avtomobil aşdı - Ölən və yaralanan var
    • 7-10-2020, 11:34
    • 545

Hacıqabulda avtomobil aşdı - Ölən və yaralanan var

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 13 radələrində rayonun Qarasu kəndi ərazisində Bərdə rayon sakini E.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobili aşırıb. Nəticədə xəsarət alan sərnişinləri - anası Şükufə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Ş.Mehdiyeva aldığı xəsarətlərdən orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.