Tayvanda gündəlik Covid-19-a yoluxma  50 mini keçib
    • 11-05-2022, 13:57
    • 358

Tayvanda gündəlik Covid-19-a yoluxma 50 mini keçib

Tayvanda gündəlik Kovid-19 hadisələrinin sayı epidemiyanın başlanğıcından bəri ən yüksək səviyyəyə çataraq 50 mini keçib.

News24.az xəbər verir ki, mərkəzi Epidemiya Komandanlığından verilən açıqlamaya görə, son 24 saat ərzində 50 min 780 yerli, 48 xarici mənşəli hal aşkar edilib, 12 nəfər virus səbəbindən dünyasını dəyişib.

Gündəlik halların sayı əvvəlki günlə müqayisədə 10 mindən çox artıb. Mayın 9-da adada 40,304 yeni hadisə qeydə alınıb.

Həyatını itirənlərin yaşları 20-90 arasında olan 8 kişi və 4 qadın olduğu və onların xroniki xəstəlikləri olduğu paylaşılıb.

Maraqlıdır ki, Kovid-19 epidemiyasını əvvəldən nəzarət altında saxlamaqda uğur qazanan Tayvanda mart ayının sonundan etibarən hadisələrin eksponent olaraq artmasıdır.

Gündəlik halların sayının 3-5 gün aralığında iki dəfə artdığı müşahidə edilir.

Baş verən dalğanın materik Çin və Honq Konqda olduğu kimi Omicron variantının yayılmasının nəticəsi olduğu güman edilir.