Ukraynada həlak olan uşaqların sayı artır
    • 14-05-2022, 10:13
    • 284

Ukraynada həlak olan uşaqların sayı artır

Ukraynada müharibə başlayan gündən indiyə qədər 647 uşaq zərər görüb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Qeyd edilib ki, onlardan 227-si həlak olub, 420 uşaq yaralanıb.

Eyni zamanda bildirilib ki, müharibə başlayanda Ukraynada 1748 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 144-ü tamamilə məhv edilib.