Məmmədyarov heç-heçə etdi
    • 14-05-2022, 18:14
    • 253

Məmmədyarov heç-heçə etdi

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçirilib.

News24.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımızın qarşılaşması heç-heçə ilə başa çatıb.