Narkotikin  təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
    • 16-05-2022, 11:25
    • 303

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, mayın 14-də saat 14 radələrində Yevlax rayonu ərazisində “VAZ-2101” markalı avtomobil manevr qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini Qalib Hüseynovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. 
Yevlax rayon Məhkəməsinin qərarı ilə Q.Hüseynov inzibati qaydada həbs olunmuşdur.
Bu istiqamətdə tədbirlər davam etdirilir.