Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu
    • 11-03-2022, 10:05
    • 651

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi “Toyota” markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.