“Neftçi” və “Sabah” Azərbaycan çempionatında oynaya bilər
    • 17-05-2022, 12:26
    • 268

“Neftçi” və “Sabah” Azərbaycan çempionatında oynaya bilər

“Qeyri-adi bir şey baş verməsə ölkə çempionatını oktyabrda başlamağı planlaşdırırıq”.

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

Qurumun təşkil etdiyi “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri Azərbaycan çempionatının başlayacağı vaxt barədə danışıb: “Hal-hazırda böyük ehtimalla “Neftçi” və “Sabah” klubları bizə maraqlarını ifadə ediblər. Bu, həm klublar, həm federasiya üçün yenidir”.

Qumral Əliyeva
Foto: Teymur Məmmədov