-
- 17-05-2022, 14:53
- 1 140
“Xəzər Media Mərkəzi”ndə Nəcibə Hüseynovanın 70 illiyi qeyd olundu – FOTOLAR-VİDEO
Əməkdar artist, səs və teatr aktrisası Nəcibə Hüseynovanın 70 illik yubileyi əməkdaşı olduğu “Xəzər Media Mərkəzi”ndə qeyd edilib.
News24.az xəbər verir ki, 25 illik fasilədən sonra aktrisa səhnəyə onun üçün yazılmış “Venesiyada qürub çağı” tamaşası ilə çıxıb. Tamaşanın ssenari müəllifi və rejissoru “Xəzər Media Mərkəzi”nin əməkdaşı Rəmziyyə Cilqamlıdır.
Səhnədən uzaq qaldığı illərdə dublyaj sənətinin öhdəsindən layiqincə gələn Nəcibə Hüseynova, məlahətli səsi ilə Azərbaycan kinomatoqrafiya nümunələrində bir çox tanınmış obrazlara həyat verib.
Tamaşada baş rolu səbəbkar özü canlandırıb. Onun tərəf müqabili isə xalq artisti Sabir Məmmədov olub. “Venesiyada qürub çağı” əsərinin motivi yubileyini tənha qeyd edən aktrisa və onu məqsədli şəkildə ziyarətə gələn qonaqla olan dialoqdan bəhs edir.
“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşovun təşəbbüsü ilə baş tutan yubiley tədbirində, kino və teatrın, eləcə də televiziya və radionun tanınmış simaları, xalq artistləri Afaq Bəşirqızı, Həmidə Ömərova, Valeh Kərimov, Kazım Abdullayev, əməkdar artistlər Nahidə Orucova, Hüsniyyə Mürvətova, Elşən Rüstəmov, Cəlal Məmmədov, Cavanşir Hadıyev, əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı, aktyor Allahverdi Yolçuyev və başqaları qonaq qismində iştirak ediblər.
Tamaşanın nümayişindən sonra “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov çıxış edib və yubilyara arzularını çatdırıb: “İncəsənətlə bağlı məkanlar simalarsız, insan faktorsuz mövcud ola bilməz. Biz “Xəzər Media Mərkəzi”ndə Nəcibə xanımla ünsiyyətdə olmaqdan çox məmnunuq. Bu gün “Xəzər Media Mərkəzi”ndə təşkil olunan bu tədbirə gələn bütün sənətkarlarımıza da öz adımdan təşəkkür edirəm”. M. Dadaşov Azərbaycan kino və teatr səhnəsinin tanınmış simaları ilə birlikdə eyni məkanda olmaqdan məmnunluq ifadə edib.
Çıxışdan sonra Murad Dadaşov yubilyara “Xəzər Media Mərkəzi” adından “Təbriknamə” təqdim edib. O, tamaşanın ərsəyə gəlməsində əməyi olan xalq artisti Sabir Məmmədovu, ssenari müəllifi Rəmziyyə Cilqamlını, baş rəssam-dekorçu Xuraman Əkbərovanı da “Təşəkkürnamə” ilə təltif edib.
Nəcibə Hüseynova göstərdiyi diqqət və qayğıya görə “Xəzər Media Mərkəzi”nin rəhbəri Murad Dadaşova və kollektivə təşəkkürünü bildirib. Səhnəyə çıxan qonaqlar yubliyarı təbrik edib, onun üçün hazırlanan tort kəsilib.