Azərbaycan əhalisinin sayı AÇIQLANDI
    • 17-05-2022, 17:02
    • 281

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10 167 178 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə eyni olub.