"Reynaldo barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik" - Qurban Qurbanov
    • 13-12-2018, 10:30
    • 884

"Reynaldo barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik" - Qurban Qurbanov

"Reynaldo haqqında hələ tam qərar verilməyib. Belə bir fikir var. Bu barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik".

Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.
 
"Təəssüf ki, hücumdakı problemlər bir oyuncu ilə həll olunmur. Ümumiyyətlə, komanda oyun planında hücum xəttində daha aktiv olmalıdır. Ayrı-ayrılıqda daha keyfiyyətli futbolçuların olması şərtdir. Belə bir transferimiz alınsa, inanırıq ki, problemimiz həll olunacaq".

//Report