Göyçayda qəza: sürücü xəsarət aldı – FOTO
    • 30-05-2021, 20:10
    • 457

Göyçayda qəza: sürücü xəsarət aldı – FOTO

Göyçayda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qızılağac-Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 90 ET 923 dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobil qarşıdan gələn 23 BM 938 dövlət qeydiyyat nişanlı eynimarkalı minik maşını ilə toqquşub. Nəticədə Qızılağac kənd sakini, 1967-ci il təvəllüdlü Bəhman İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı avtomobillərə də ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. /Axar.az/