Lökbatanda 8.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunur - FOTO - VİDEO
    • 18-05-2022, 10:12
    • 319

Lökbatanda 8.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunur - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1,2 km, eni isə 6 metr olan Vilayət Əsgərov küçəsində təmir işləri aparır.

Agentlikdən News24.az-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Təmir işlərinin aparıldığı sahə 7 200 kv.m təşkil edir.

Sadalanan təmir işləri qəsəbənin 2 430 metr uzunluğa, 6 metr enə malik Massiv 1, küçə 2 ünvanında da icra olunur. İşlərinin aparıldığı 14 580 kv.m sahədə asfaltlanma işlərinə də strat verilib.

Ümumilikdə qəsəbənin 1 və 2-ci yaşayış massivləri üzrə 8 430 metr uzunluğa malik küçə və yollarında hazırda təmir işləri icra olunur.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19,6 km təşkil edir.