-
- 18-05-2022, 11:27
- 370
Əli Əsədov Bakıda keçirilən sərgiləri ziyarət etdi
Baş Nazir Əli Əsədov bu gün Bakıda işə başlamış 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan”ı ziyarət edib.
News24.az xəbər verir ki, hökumət başçısı müxtəlif ölkələrin stendlərinə baş çəkib, sərgidə nümayiş etdirilən yeniliklərlə maraqlanıb.
Xatırladaq ki, mayın 20-nə qədər davam edəcək sərgilər 15 min kv.m.-dən çox ərazini əhatə edir. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir. O cümlədən "Caspian Agro" sərgisinə 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, “InterFood Azerbaijan” sərgisinə isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.