-
- 13-12-2018, 10:48
- 1 072
Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il dekabr ayının 14-dən 24-dək Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.
Sərginin açılış mərasimi 14 dekabr tarixində saat 18:30-da olacaq.
Milli incəsənətimizin zənginləşdirilməsi və təbliği işinə əhəmiyyətli töhfələr vermiş şəxsiyyətlərdən biri olan dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov 1928-ci il noyabr ayının 29-da anadan olub.
O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. Ali təhsilini əvvəlcə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində almışdır. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olaraq, 1957-ci ildə oranı rəssam-nəqqaş ixtisası üzrə bitirib.
1955-ci ildən etibarən çoxsaylı beynəlxalq, ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə öz əsərlərini nümayiş etdirmiş Tahir Salahov dünyanın bir çox nüfuzlu muzey və qalereyalarında fərdi sərgilərini keçirib.
2008-ci ildə rəssamın 80 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət səviyyəsində qeyd olunub.
Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən 2012-ci ildə İçərişəhərdə Tahir Salahovun Ev-muzeyi fəaliyyətə başlayıb.
Tahir Salahovun yaradıcılığı Azərbaycan dövləti və xalqı, dünyanın nüfuzlu beynəlxalq sənət ocaqları tərəfindən daim yüksək qiymətləndirilib.