-
- 9-04-2019, 16:20
- 1 026
Görkəmli rəssam Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprel ayının 12-də Muzey Mərkəzində Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcəkdir.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbir Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraş Münəvvər Rzayevanın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq və daha geniş auditoriyaya yayılmasına təkan vermək məqsədi ilə həyata keçirilir.
Rzayeva Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Bakıda anadan olmuşdur. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil alıb.
O, əsasən psixoloji portret ustası kimi tanınır. Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb.
Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst barelyeflərini işləmişdir. Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeyində), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir.
Münəvvər Rzayev Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Bakıdakı heykəllərdən Sevil Qazıyevın barelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Ayna Sultanovanın (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar. Münəvvər Rzayevanın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 m hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefi olmuşdur (barelyefin uzunluğu 82 sm, eni 59 sm).
Rəssam 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Münəvvər Rzayeva Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş-rəssam kimi də fəaliyyət göstərib.
Münəvvər Rzayeva 1997-ci il də Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb.
Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakıda vəfat edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Münəvvər Rzayevanın həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat da keçiriləcəkdir.
Giriş sərbəstdir.