Bakıda açıq ərazidə yanğın başlayıb
    • 18-05-2022, 18:15
    • 299

Bakıda açıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, S. Mehmandarov küçəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.