-
- 18-05-2022, 18:45
- 399
Zəngilan RİH-də “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi – FOTO
18 may 2022-ci il tarixində Zəngilan rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadənin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan Qubadzadə, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov, Zəngilan rayon 33 və 29 saylı orta məktəblərin şagird - müəllim heyəti, eləcə də, 29 saylı məktəbin Uşaq İctimai Birliyinin sədri Gülarə Həmzəyeva, psixoloq Səbinə Qarayeva və digər müəssisələrin əməkdaşları iştirak edib.
Zəngilan rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə tədbiri açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, müasir dövrümün ən böyük problemlərindən biri olan narkomaniya ilə mübarizədə hər kəsin səfərbər olmasınının vacibliyini qeyd edib.
Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev söz alıb. O, belə tədbirlərin sağlam gənclik, sağlam gələcək üçün böyük əhəmiyyətə malik olduğunuı bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlətin əsas istiqamətlərindən biri olmasından söz açan R. Allahverdiyev bu gün Azərbaycan gəncləri üçün geniş imkanlar yaradıldığını deyib.
“Güclü dövlətin parlaq gələcəyi sağlam gənclikdən asılıdır" – deyən R.Allahverdiyev gəncləri müstəqil Azərbaycanın bu günü, sabahı naminə narkotik vasitələrdən uzaq durmağa, xarici təsir altına düşməməyə çağırıb.
Narkotizmlə Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Kənan Qubadzadə də çıxış edərək gənclərin sağlam gələcəyi naminə təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə və tədbir təşkilatçılarına gənclər adından minnətdarlığını bildirib. Bir gənc olaraq yaşıdlarını cəmiyyətin dəhşətli bəlası olan narkomaniya ilə mübarizədə aktiv olmağa səsləyib: "Narkomaniya ilə mübarizə tədbirlərini gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumuş oluruq. Gənclərin dövlətçilik ruhunda yetişməsi, sosiallaşması, cəmiyyətə yararlı vətəndaş olaraq formalaşması, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin genişləndirilməsi üçün dövlətimiz hər cür şərait yaradıb. Gənclərimizi bu imkanlardan istifadə etməyə, yararlanmağa səsləyirəm".
Daha sonra digər çıxış edənlər narkomaniya ilə mübarizənin təkcə hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin hər bir vətəndaşının üzərinə düşən əsas iş olduğunu bir daha qeyd ediblər. Bildiriblər ki, bu yöndə hər kəs birləşərək mübarizə aparmalıdır. Daha sonra narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən “Narkomaniyaya yox de” videoçarxı nümayiş olunub.