-
- 11-03-2019, 16:57
- 1 999
DİN-dən yetkinlik yaşına çatmayanlar üçün...
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntularının profilaktikası sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, növbəti belə tədbirlər paytaxtın Suraxanı, Yasamal və Qaradağ rayonlarındakı tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə keçirilib.
Toplantılarda həmin rayonların polis idarələrinin, İcra hakimiyyətlərinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar iştirak ediblər.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərov belə görüşlərin məqsədini açıqlayıb və əhəmiyyətindən danışıb. “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxış edən Ə.Əkbərov törədilən hüquqpozmaların fəsadları barədə geniş məlumat verib.
Suraxanı rayonundakı 114 saylı orta məktəbdə keçirilmiş görüşdə RPİ-nin rəis müavini, polis polkovniki Vəli Əliyev, Yasamal rayonundakı 225 saylı orta məktəbdə keçirilmiş görüşdə RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Pircanov, Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmiş görüşdə RPİ-nin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Yaşar İsayev “Dini radikalizm nədir, onun zərərli təsirləri”, “Təhsildən qərəzli şəkildə yayınmaların qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, İcra Hakimiyyəti başçılarının müavinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları, VVAQ şöbələrinin əməkdaşları, narkoloq-həkimlər “Narkotiklər haqqında nə bilirik?”, həmçinin “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması” mövzularında çıxışlar edərək ətraflı məlumat veriblər.
Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifələrin və məsuliyyətin düşdüyü vurğulanıb.
Tədbirlərin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, qeyd olunan mövzularla bağlı videoçarx nümayiş etdirilib.