Pakistanlı milyarder Ukraynaya iki qırıcı bağışladı
    • 18-05-2022, 21:26
    • 297

Pakistanlı milyarder Ukraynaya iki qırıcı bağışladı

Pakistan əsilli milyarder Məhəmməd Zahur Ukrayna Hərbi hava qüvvələri üçün iki qırıcı alıb.

Bu barədə milyarderin ukraynalı xanımı, müğənni Kamaliya Zahor məlumat verib.

Məhəmməd Zahurun özü bu barədə açıqlama verməyib.

O, müharibənin ilk günlərindən Ukraynaya dəstək olaraq müxtəlif tədbirlər həyata keçirib./Teleqraf.com/