8-ci sinif şagirdinin ölməsi faktıyla bağlı araşdırma başlanıldı - Baş Prokurorluq - YENİLƏNDİ
    • 21-10-2021, 17:23
    • 511

8-ci sinif şagirdinin ölməsi faktıyla bağlı araşdırma başlanıldı - Baş Prokurorluq - YENİLƏNDİ

Xaçmaz rayon Prokurorluğunda 8-ci sinif şagirdinin ölməsi faktıyla bağlı araşdırmaya başlanıldı. 

News24.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5  nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

***
15:17

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir. /apa.az/