Bakıda 6 kişini soyan GƏNC TUTULDU
    • 19-11-2019, 14:29
    • 810

Bakıda 6 kişini soyan GƏNC TUTULDU

Bakıda çoxsaylı soyğunçuluq əməlləri törətmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Binəqədi rayonunda T.Quliyev, Q.Salahov, O.Poladov, M.Şekiliyev, N.Məmişov və R.Günəşovu soyan Hacıyev Ramil Ramiz oğlu polis tərəfindən tutulub. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci, yəni, soyğunçuluq-təkrar törədildikdə maddəsi ilə cinayət işi açılıb. Artıq iş üzrə ibtidai istintaq tədbirləri yekunlaşdırılıb və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası 28 noyabr tarixinə təyin edilib.