-
- 13-12-2018, 12:42
- 842
"Azərpoçt"un filialından seyf oğurlanıb
Şirvanda oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan bildirilib ki, dekabrın 11-də Şirvan şəhər sakini Kamal Bağırzadə Şəhər Polis Şöbəsinə (ŞPŞ) ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 4 ədəd oyun aparatının və ona məxsus 16 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Rəfael Qurbanov, Taleh Qurbanov və Amil Əliyev saxlanılıblar. Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib.
Belə ki, onların həmin gün "Azərpoçt" MMC -yə məxsus poçt filialından içərisində 7 ədəd “Dekoder” aparatı və 34 ədəd açıqca olan seyfi oğurladıqları və cari ilin əvvəlində bankların birinin bankomatından pul oğurlamağa cəhd etdikləri üzə çıxıb.
Həmin şəxslərdən oyun aparatları və kassa maddi sübut kimi götürülüb.
Hər üç faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
//Report