Hacıqabulda mağazadan 450 manat PUL OĞURLANDI
    • 1-11-2019, 10:30
    • 1 101

Hacıqabulda mağazadan 450 manat PUL OĞURLANDI

Hacıqabulda oğurluq hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan News24.az-a verilən məlumata görə, oktyabrın 28-də Hacıqabul rayonu Muğan qəsəbə sakini Şöhrət Zeynalov Hacıqabul RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan 450 manat pulun oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Zeynalov saxlanılıb.

Bununla yanaşı rayon ərazisində vətəndaşa məxsus nar bağından oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini Davud Heydərov,  restoranların birindən  su borularını oğurlamaqda şübhəli bilinən rayon sakini Vüsal Şiralıyev saxlanılıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də  araşdırma aparılır.