Şirvanda azyaşlıların da olduğu  dəstədən 19 minlik OĞURLUQ
    • 28-12-2019, 14:46
    • 718

Şirvanda azyaşlıların da olduğu dəstədən 19 minlik OĞURLUQ

Şirvanda silsilə oğurluq edən 6 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Şirvan şəhəri ərazisində sement və armatur istehsal edən MMC-nin nümayəndəsi dekabrın 27-də Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək cari ilin sentyabr ayından dekabr ayının 26-dək  olan müddət ərzində MMC-nin həyətindən ümumi dəyəri 19440 manat olan dəmir, əlvan metalların və istehsal avadanlıqlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib. 

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Müseyib Zeynalov, Süleyman Ağayev, İsmayıl
Əmənov, Tural Yusifov və yetkinlik yaşına çatmayan 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
 
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.