-
- 20-05-2022, 20:51
- 433
Ceyhun Bayramov Turin Politexnik Universitetinin rektoru ilə görüşdü - FOTO
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Turin Politexnik Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.
Bu barədə News24.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində humanitar sahənin əhəmiyyəti, bu xüsusda İtaliya-Azərbaycan Universitetinin oynayacağı önəmli rol və İtaliya-Azərbaycan Universitetində mühəndislik ixtisasları üzrə proqramların qurulmasında Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə İtaliya Senatının Turin şəhərindən olan üzvü, Senat daimi komissiyasının sədri, İtaliya Parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq Assosiasiyasının sədr-müavini senator Mauro Marino da iştirak edib.