Xarkovda bərpa işlərinə start verildi
    • 21-05-2022, 00:27
    • 332

Xarkovda bərpa işlərinə start verildi

Ukraynanın Xarkov şəhərində hərbi əməliyyatlar zamanı dağıdılmış infrastrukturun bərpasına start verilib.

News24.az APA-ya istinadən xəbər verir ki, müharibə vaxtı binaların 30%-i dağılıb.

İlkin mərhələdə müharibə nəticəsində yarımçıq qalan layihələr tamamlanacaq. Eyni zamanda az zərər görmüş evlər bərpa ediləcək.

Yeni tikilən binalarda sığınacaqların tikilməsi əsas şərt kimi irəli sürülüb.

Xarkov metropoliteni isə fəaliyyətə mayın 24-də başlayacaq.

Hazırda mütəxəssislər və hərbçilər metroda təmir və təmizlik işləri həyata keçirilər.