Türkiyə və Azərbaycan XİN başçıları telefonla danışıb
    • 22-05-2022, 14:53
    • 386

Türkiyə və Azərbaycan XİN başçıları telefonla danışıb

Xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər başda olmaqla, Azərbaycan və Türkiyə birgə daxil olduğu üçtərəfli mexanizmlər, həmçinin Cənubi Qafqaz regionunda və Ukraynadakı son yeniliklər müzakirə edilib.