Bakıda iki “Prius” toqquşdu - FOTO
    • 23-05-2022, 16:16
    • 414

Bakıda iki “Prius” toqquşdu - FOTO

Bakıda taksi fəaliyyəti ilə məşğul olan avtomobillər qəzaya düşüb.

News24.az-ın məlumatına görə hadisə günorta saatlarında A.Bakıxanov küçəsində baş verib. “Toyota Prius” markalı iki avtomobilin toqquşması nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya taksi kimi işləyən avtomobillərdən birinin svetaforun siqnalına əhəmiyyət verməməsi səbəb olub.