Türkiyəli aktrisa xərçəngə tutuldu - FOTO
    • 23-05-2022, 16:22
    • 751

Türkiyəli aktrisa xərçəngə tutuldu - FOTO

Türkiyəli aktrisa Billur Kalkavan xərçəng xəstəliyinə tutulub.

News24.az xəbər verir ki, bu barədə rejissor Hamdi Alkan sosial şəbəkə hesabında bildirib.

“Canım dostum Billur Kalkavana şəfa diləyirəm. Gözəl ürəyin və enerjin bu xəstəliyə qalib gələcək, Billur. Daima yanındayam”, - o yazıb.

Bu paylaşımdan sonra Türkiyəli aktrisanın ağciyər xərçənginə tutulduğu məlum olub.

59 yaşlı aktrisa  "Ihlamurlar altında” serialında canlandırdığı Handan obrazı ilə yaddaşlarda qalıb.