Paşinyan da sərhədlə bağlı komissiya yaratdı
    • 23-05-2022, 19:58
    • 500

Paşinyan da sərhədlə bağlı komissiya yaratdı

Ermənistanın Baş naziri Nikol Paşinyan üzrə komissiya ilə bağlı qərar imzalayıb.

Qərara əsasən komissiyaya Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan rəhbərlik edəcək. Komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaq.

Xüsusilə, komissiyaya xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan da daxil olacaq.

Bundan əlavə, komissiyanın tərkibinə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavini Narine Avaqyan və MTN-in komandiri Aram Quqarats, Sərhəd Qoşunları komandiri Arman Maralçyan, MTN departamentlərindən birinin rəisi (D.Sanamyan) və Ermənistan Silahlı Qüvvələrinin Hərbi topoqrafik xidmətinin rəisi Sergey Petrosyan daxildir./Qafqazinfo/