-
- 24-05-2022, 11:54
- 586
Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Ombudsmanları Şuşaya səfərdədir
"TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması" mövzusunda konfransın iştirakçılarının bir qrupu bu gün Şuşaya səfər ediblər.
News24.az xəbər verir ki, qonaqlar əvvəlcə Füzuli hava limanına, orada isə Şuşaya yola düşüblər.
Səfərdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Ombudsmanı Şeref Malkoç, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Qazaxıstan Ombudsmanı Elvira Azimova, Qırğızıstan Ombudsmanı Atır Abdrahmatova və digər şəxslər iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyinə həsr olunan konfrans sabah Bakıda keçiriləcək.
Tədbirdə TÜRK PA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının üzvləri, TÜRK PA-ya üzv dövlətlərdən olan millət vəkilləri və ombudsmanlar iştirak edəcəklər.