-
- 30-06-2021, 16:55
- 491
Azərbaycan və Türkiyə ombudsmanı Ağdam Cümə məscidində olub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə hazırda ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) rəhbəri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə və Vətən müharibəsi dövründə Ermənistanın raket hücumlarına məruz qoyduğu mülki yaşayış məntəqələrinə faktaraşdırıcı səfərləri təşkil edilib.
News24.az xəbər verir ki, faktaraşdırıcı missiya Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə həyata keçirilir.
Faktaraşdırıcı səfərin əsas məqsədi işğaldan azad edilmiş və müharibə dövründə hücumlara məruz qalmış ərazilərimizdə yerində araşdırmalar aparmaq və sübutlar toplamaqdır.
Xəbər verildiyi kimi, nümayəndə heyətinə Türkiyə universitetlərinin beynəlxalq humanitar hüquq və müharibə cinayətləri ilə bağlı araşdırma təcrübəsinə malik olan tədqiqatçıları da daxildir. TİHEK nəzdində yaradılmış Qarabağ Müşahidə Qrupunun üzvləri olan tədqiqatçılar bu səfərdə iştirak edərək hüquq pozuntuları ilə bağlı araşdırmalar aparırlar.
Nümayəndə heyətinin üzvləri əvvəlcə işğaldan azad olunmuş və ən çox dağıntıların törədildiyi Ağdam rayonuna səfər ediblər. Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış və talan edilmiş yaşayış binalarına, dini və tarixi abidələrə baxış keçirilib. Səfər çərçivəsində Ağdam Cümə məscidi də ziyarət olunub və həmin ərazidə monitorinq aparılıb.
Daha sonra Ombudsman Səbinə Əliyeva və TİHEK-in rəhbəri Süleyman Arslan mətbuata açıqlama veriblər.
Qeyd edək ki, əldə edilmiş nəticələr əsasında yerində araşdırmalarla bağlı hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.