-
- 24-05-2022, 15:46
- 716
“Siniflərə kamera qoyulmalıdır, Təhsil Nazirliyi anonim yoxlamalar keçirməlidir" – Kamran Əsədov
“Müəllimlərin hüquqsuz qalması, şagirddən, yuxarı təhsil qurumundan qorxması nəticəsində təhsilə nəzarət mexanizmi itib.”
Bunu News24.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, müəllim-şagird münasibətlərində zorakılıq halları müşahidə edilir: “Bu hallar son 1 ayda daha da artıb. Bu onu göstərir ki, bizim şagirlərin psixologiyası ilə bağlı ciddi problemlərimiz var. Bu gün bu proseslərin baş verməsinin səbəbi uşaqların öz yaş və psixologiyasına uyğun olmayan məlumatlar alması və məktəbə nəzarət sisteminin yox həddində olmasıdır. Məktəb elə bir mühitdir ki, orada mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Mövcud problemdən çıxış yolu kimi biz dəfələrlə təklif etmişik ki, orta ümumtəhsil müəsissələrinin bütün siniflərində kameralar quraşdırılsın. Sinif otaqlarında kameraların olması həm valideyn, həm də Təhsil Nazirliyinə rahatlıqla dərs prosesinə, eyni zamanda şagird və müəllimlərin davranışına nəzarət imkanı verəcək. Sinif otraqlarında kameraların olması həm də baş verən xoşagəlməz hallarda konkret günahkarın müəyyənləşməsinə imkan yaradacaq.”
Ekspert xoşagəlməz halların aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbir kimi ilk növbədə şagirdlər üçün cəza mexanizminin tətbiq edilməsini təklif edir: “Məktəbdə xoşagəlməz halları yaradan səbəblərdən biri də şagirdlərə cəzaların verilməməsidir. Ən azından müəllimə davranışa görə qiyməti aşağı salma, sinifdə saxlama hüququ verməliyik ki, şagirdlər müəllimlərdən müəyyən qədər qorxsunlar.”
Problemin aradan qalxması üçün Təhsil Nazirliyi də mütəmadi olaraq yoxlanışlar keçirməlidir: “Sosial şəbəkələrdə yayılan xoşagəlməz videoların çəkildiyi məktəblərdə nazirlik mütəmadi olaraq anonim yoxlanışlar aparmalıdır. Belə olan halda neqativlər yerindəcə həll olunacaq. Əgər bu addımlar atılarsa, təhsil sahəsindəki mövcud problemlər azalacaq.”