“Real” onun üçün 80 milyon təklif etməyə hazırdır
    • 25-05-2022, 15:46
    • 405

“Real” onun üçün 80 milyon təklif etməyə hazırdır

İspaniya çempionu "Real” "Monako"nun 22 yaşlı yarımmüdafiəçisi və Fransa millisinin heyətində dünya çempionu olan Orelen Tçuameni üçün 80 milyon avro təklif etməyə hazırdır.

News24.az xəbər verir ki, “Kral klubu” futbolçuya 5 illik müqavilə də təklif etmək niyyətindədir.

Tçuameni Fransanın "Bordo" klubunun yetirməsidir. 2020-ci ildə "Monako" onu 18 milyon avroya alıb.

Başa çatan mövsümdə Tçuameni "Monako"nun heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir. /Lent.az/