“Azəriqaz”da “Açıq mikrofon” aksiyası davam edir
    • 25-05-2022, 16:59
    • 234

“Azəriqaz”da “Açıq mikrofon” aksiyası davam edir

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Bu haqda "Azəriqaz"dan News24.az-a məlumat verilib.

Bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonu, Göytəpə şəhəri, Yeni məhəllə (N saylı hərbi hissənin yaxınlığı) təşkil olunacaq. Mayın 26-da saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.