“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Şirvanda qurulacaq
    • 28-03-2022, 19:32
    • 1 441

“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Şirvanda qurulacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Bu barədə News24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10 ünvanında (Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında) təşkil olunacaq.

Martın 29-u saat 12:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.