Şəkidə qəzaya düşməmək üçün özünü traktordan atan sürücü öldü - FOTO
    • 25-05-2022, 20:21
    • 272

Şəkidə qəzaya düşməmək üçün özünü traktordan atan sürücü öldü - FOTO

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qırxbulaq kəndində qeydə alınıb.

Əkin sahəsinə kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün gedən traktorun sürücüsü idarəetməni itirib və bu zaman sürücü özünü yola atıb.

Traktor isə sürücüsüz hərəkət edərək divara çırpılaraq dayanıb. Hadisə nəticəsində traktorun sürücüsü, Şəki rayon sakini 67 yaşlı İsa Hüseynov xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Report/