ABŞ prezidenti Azərbaycana yeni səfir vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürdü
    • 26-05-2022, 01:17
    • 412

ABŞ prezidenti Azərbaycana yeni səfir vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürdü

ABŞ prezidenti Co Bayden ölkənin Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.

News24.az xəbər verir ki, Bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata əsasən, Mark Libbinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi irəli sürülüb.

Mark Libbi hazırda Vaşinqtonda Milli Hərbi Kollecində işləyir.

O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.