Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilldi
    • 30-09-2019, 11:15
    • 850

Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilldi

Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Prezident Kasım-Jomart Tokayevin fərmanına əsasən, Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətinə 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. Serjan Abıkarimov Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfiliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.