Bu yollarda sıxlıq var - SİYAHI - YENİLƏNİB
    • 26-05-2022, 18:13
    • 505

Bu yollarda sıxlıq var - SİYAHI - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən News24.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şossesi- 20 Yanvar dairəsi istiqamətində sıxlıq

2. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti İstiqamətində sıxlıq

3. 20 Yanvar dairəsi sıxlıq

4. Abbasqulu ağa Bakıxanov küçəsi sıxlıq

5. Tbilisi prospekti - Hər iki istiqamətdə sıxlıq

6. Ziya Bünyadov prospekti - Hər iki istiqamətdə sıxlıq

7. Abdulvahab Salamzadə küçəsi - Hər iki istiqamətdə sıxlıq

8. Qələbə dairəsi sıxlıq

9. 28 May küçəsi sıxlıq

10. İstiqlaliyyət küçəsi - Azərbaycan prospekti ilə kəsişməsində sıxlıq

11. Ağa Neymətulla küçəsi - Nəriman Nərimanov metro stansiyası istiqamətində sıxlıq

12. Koroğlu Rəhimov küçəsi sıxlıq

13. Gülarə Qədirbəyova küçəsi sıxlıq

14. Xətai prospekti - Təhsil Nazirliyinin yanı sıxlıq

15. Neftçilər prospekti - Kukla teatrının yanı sıxlıq

16. Yusif Səfərov küçəsi - Koroğlu metro stansiyası istiqamətində sıxlıq.

***

10:02


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən News24.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.

3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

4. Heydər Əliyev prospekti – əsas və köməkçi yolda, Koroğlu metro stansiyası istiqamətindən başlayaraq, əsasən Bağırov körpüsünün aşağı hissəsini keçdikdən sonra şəhər istiqamətində, eyni zamanda Heydər Əliyev Mərkəzi istiqamətində sıxlıq müşahidə olunur.

5. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

6. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla,Xaqani küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

7. Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur.

8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən, Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.