Şakira mühakimə olunacaq
    • 26-05-2022, 18:14
    • 557

Şakira mühakimə olunacaq

Kolumbiyalı müğənni Şakira 14,5 milyon avro vergidən yayınma ittihamı ilə İspaniyada mühakimə olunacaq.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Barselona Məhkəməsi İspaniyada olduğu müddətdə qazandığı gəliri gizlədərək 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd edib və mühakimə olunmasına qərar verib.

Məhkəmə müğənninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər dəlil olduğu qənaətindədir.

Prokurorluq Şakiraya qarşı 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edir.