“ASAN xidmət” "Teknofest - Azərbaycan"da

“ASAN xidmət” "Teknofest - Azərbaycan"da
SOSİAL

26-05-2022, 18:23

Mətn ölçüsü

26 may tarixində Bakıda "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində “Teknofest  - Azərbaycan” - aviasiya, kosmos və texnologiya festivalına start verilib. 29 may tarixinədək davam edəcək festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
 
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi festivalın tərəfdaşıdır.
 
Ümumilikdə Festivalda təşkil olunan sərgi pavilyonlarında Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin -   “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur.
 
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi festival çərçivəsində təşkil olunan “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.
Türkiyə Texnologiya Komandası Fondunun (T3) pavilyonunda “Bilim Bakı” mərkəzinin stendi də təqdim olunur.