Abşeronda qətl törədən ər tutuldu
    • 29-05-2022, 10:45
    • 467

Abşeronda qətl törədən ər tutuldu

Abşeron rayonu ərazisində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.