Suraxanıda obyektdə yanğın baş verib
    • 30-05-2022, 10:40
    • 278

Suraxanıda obyektdə yanğın baş verib

Bakı şəhərinin Suraxanı rayonunda yerləşən obyektdə yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansard tipli obyektin lambirindən ibarət tavanı 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrini 5 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.