Binəqədi və Sabunçuda EV YANDI
    • 18-08-2020, 09:13
    • 527

Binəqədi və Sabunçuda EV YANDI

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Növbəti yanğın hadisəsi isə Bakı şəhərinin Sabunçu rayonunda baş verib. Ümumi sahəsi 40 m² olan birmərtəbəli evin aynabəndinin tavanı 4 m² sahədə və taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.