Stend atıcılığının səngər növü üzrə qızıl medalçılar müəyyən edildi -FOTO
    • 30-05-2022, 20:58
    • 261

Stend atıcılığının səngər növü üzrə qızıl medalçılar müəyyən edildi -FOTO

Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qalibləri bəlli olub.

News24.az xəbər verir ki, qadınlar arasında finlandiyalı Noora Antikaynen, kişilər arasında isə çexiyalı Liptak Jiri qızıl medal qazanıb.

Stend atıcılığının bugünkü final yarışını Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov də Bakı Atıcılıq Mərkəzində izləyib.

Nazir qaliblərə medalları təqdim edib.