Bu ay 20 nəfəri İLAN SANCDI
    • 31-05-2022, 11:41
    • 279

Bu ay 20 nəfəri İLAN SANCDI

Son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 20 nəfər müraciət edib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 7-nin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Müraciət edənlər arasında ölüm halı qeydə alınmasa da, Mərkəz bütün hallarda əhalini diqqətli olmağa çağırıb.

Qeyd olunub ki, hazırda ilan sancmalarının daha çox müşahidə olunduğu dövrün başlanğıcıdır: "Havaların isinməsi, əhalinin istirahət üçün yaşıllıq və meşəlik ərazilərə üz tutması belə halların artmasına səbəb olur. Bu səbəbdən də belə ünvanlarda mütləq ərazini diqqətlə gözdən keçirmək məsləhət olunur".