Azərbaycanda gürzə ilanı 13 nəfəri sancıb - baş həkimdən - AÇIQLAMA
    • 25-06-2019, 17:22
    • 3 224

Azərbaycanda gürzə ilanı 13 nəfəri sancıb - baş həkimdən - AÇIQLAMA

İyun ayında 13 nəfər ilan sancması ilə bağlı Bakı şəhər Kliniki Tibbi Mərkəzinə müraciət edib. 

Bunu News24.az-a Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib. Onun sözlərinə görə, 13 nəfərdən 3-ü Bakıətrafı kəndlərdən, 10 nəfəri isə regionlardan müraciət edib: “Bölgələrdən-Şirvan,Hacıqabul, Bərdə, Yevlax, Qəbələ, Tovuz Qazaxdan, Zaqataladan olan xəstələri gürzə ilanı sancıb. Əqrəb sancması ilə bağlı isə 4 nəfər müraciət edib, məsləhət alıblar. 2 nəfər də hörümçəyin Qara qurd növünün sancması ilə bağlı müraciət edib”. 

A.Maqsudov sahələrdə çalışan insanlara diqqətli olmağı çağırır: “Əsasən kənd təsərrüfatı işləri ilə məşğul olan insanlar, meşəyə, çay kənarına çıxanlar diqqətli olsunlar. Rezin əlcəklər, uzunboğaz çəkmələr geyinmək lazımdır. Əgər hadisə baş veribsə, mütləq zədələnən ətrafları hərəkətsiz vəziyyətə gətirmək lazımdır. Həmin yeri yodla silmək lazımdır. Mütləq yaxınlıqda olan tibb müəssisəsinə gedib, müayinədən keçərək zərdab vurdursunlar”.

Afaq Mirayiq