Bursada fabrikdə partlayış - 1 ölü, 7 yaralı - FOTO
    • 31-05-2022, 16:48
    • 245

Bursada fabrikdə partlayış - 1 ölü, 7 yaralı - FOTO

Türkiyənin Bursa şəhərində taxta materialları fabrikində partlayış baş verib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, partlayışdan sonra fabrikdə yanğın başlayıb. 

Hadisə nəticəsində 1 işçi həlak olub, daha 7 nəfər isə yaralanıb.

Partlayışın hələ ki hansı səbəbdən baş verməsi məlum deyil.

Yanğını 1 saatdan sonra lokallaşdırmaq mümkün olub.