Gəncədə mübahisədə 3 kişi bıçaqlanıb
    • 1-06-2022, 10:12
    • 251

Gəncədə mübahisədə 3 kişi bıçaqlanıb

Gəncə şəhərində 3 kişi bıçaq xəsarəti alıb.

 News24.az-ın məlumatına görə, hadisə Gəncə Dəmiryolu Vağzalı yaxınlığında qeydə alınıb.

1996-cı il təvəllüdlü M.Hümbətov, 1989-cu il təvəllüdlü E.Əliyev və qardaşı R.Əliyev mübahisə zəminində bıçaqlanıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/